Ermənistanın genişmiqyaslı militarizasiya siyasətinə cavab vermək ölkəmizin müdafiə və təhlükəsizlik xərclərinin artırılmasını, ölkəmizin müdafiə qabiliyyətinin daha da artırılmasını labüd edib.
“Poliqon” APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində maliyyə naziri Samir Şərifov deyib.
Qeyd edək ki, “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində 2025-ci il dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərclərinin 8 396 297 596 manat olacağı öz əksini tapıb.
Qanun layihəsində xərclərin istiqamətləri aşağıdakı kimidir:
– müdafiə qüvvələri – 2 665 277 196;
– milli təhlükəsizlik – 467 917 873;
– sərhəd xidməti – 540 314 143;
– müdafiə və milli təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar – 5 359 711;
– müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər fəaliyyətlər – 4 717 428 673.