EN

Ermənistanın genişmiqyaslı militarizasiya siyasətinə cavab olaraq Azərbaycanın müdafiə xərcləri artırılır

Ermənistanın genişmiqyaslı militarizasiya siyasətinə cavab vermək ölkəmizin müdafiə və təhlükəsizlik xərclərinin artırılmasını, ölkəmizin müdafiə qabiliyyətinin daha da artırılmasını labüd edib.

“Poliqon” APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində maliyyə naziri Samir Şərifov deyib.

Qeyd edək ki, “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində 2025-ci il dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərclərinin 8 396 297 596 manat olacağı öz əksini tapıb.

Qanun layihəsində xərclərin istiqamətləri aşağıdakı kimidir:

– müdafiə qüvvələri – 2 665 277 196;

– milli təhlükəsizlik – 467 917 873;

– sərhəd xidməti – 540 314 143;

– müdafiə və milli təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar – 5 359 711;

– müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər fəaliyyətlər – 4 717 428 673.

Chosen
13
poliqon.az

1Sources