“Le Figaro” qəzeti Fransa və Böyük Britaniyanın Ukraynaya Rusiyaya uzaqmənzilli raketlər atmağa icazə verdiyini bildirən yazını silib.
İnterpress.az xəbər verir ki, bundan əvvəl “Le Figaro” Fransa və Böyük Britaniyanın Ukraynaya SCALP/Fırtına Kölgəsi raketlərindən istifadə edərək Rusiya ərazisinə dərin zərbələr endirməsinə icazə verdiyini yazmışdı.
Artıq qəzet Fransa və Böyük Britaniyanın Ukraynaya Rusiyaya uzaqmənzilli SCALP/Storm Shadow raketləri atmağa icazə verdiyini bildirən həmin yazını silib.
Xuraman Etibarlı
İnterpress.az