Amerika hərbi-sənaye kompleksi (HSK), ABŞ-nin yeni seçilən prezident Donald Tramp hakimiyyətə gəlməmiş, Üçüncü Dünya müharibəsini başlamağa çalışır.
Ölkə.Az xəbər verir ki, bu barədə Trampın kiçik oğlu Donald Tramp ABŞ-nin Ukraynaya uzaqmənzilli raketlərlə Rusiyanın dərinliklərini vurmağa razılıq verməsini şərh edərkən X-də (Twitter) yazıb.
“Hərbi-sənaye kompleksi, deyəsən, atam sülh gətirmək və insanların həyatını xilas etmək şansı əldə etməmişdən əvvəl III Dünya müharibəsinə başladıqlarına əmin olmaq istəyir”, - o yazıb.
Kiçik Tramp əlavə edib ki, insanların həyatı onların vecinə deyil.
O, sonda belə bir qərarı qəbul edənləri də “axmaq” adlandırıb.
Mürtəza
Ölkə.Az