EN

AB Ukraynaya raket icazəsini müzakirəyə çıxarır

AB xarici işlər və müdafiə nazirləri 18-19 noyabr tarixlərində Rusiyaya zərbələrə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını müzakirə edəcəklər, lakin nəticədən əmin deyiləm.

Axar.az xəbər verir ki, bunu AB diplomatik xidmətinin rəhbəri Jozep Borrell deyib.

“Müzakirələr aparılacaq və ümid edirəm ki, bütün nazirlər bununla bağlı razılığa gələcək, amma olmasa, hər bir ölkə öz bildiyini edəcək”, - o bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden ATACMS taktiki ballistik silahları ilə Rusiya ərazisinə zərbələr endirməyə icazə verib.

Chosen
5
1
axar.az

2Sources