Çinin şərqindəki Jiangsu əyalətində peşə məktəbinə bıçaqlı hücum olub.
Referans.az xarici mətbuata istinadla xəbər verir ki, ilkin məlumata görə 8 nəfər həyatını itirib, 17 nəfər yaralanıb.
Hadisə yerində yaxalanan 21 yaşlı şübhəli hadisəni etiraf edib. O, məzuniyyət sənədini ala bilmədiyi üçün hücumu planlaşdırdığını açıqlayıb.
Hücumla bağlı istintaq davam edir.