Bu gün səhər saatlarında Astara rayonunun Pensər kəndi ərazisində Pensərçayda kişi meyiti tapılıb.
Gundem.az Bizim.Media-a xəbər verir ki, araşdırma nəticəsində müəyyən olunub ki, tapılan meyit bu ayın 14-dən itkin düşən və axtarışları aparılan 1950-ci il təvəllüdlü Allahbağış Əsəd oğlu Əliyarovdur.
A. Əliyarov balıqçı olub və ayın 14-də Pensərçayın üzərində tikilmiş körpünün altında balıq tutmaq üçün qırmaq atıb. Bu zaman onun ayağı sürüşüb və suya düşüb. Nəticədə o, boğularaq ölüb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma apar
ılır.