EN

Almaniya şirkətləri ilə bərpa olunan enerji sahəsində birgə fəaliyyətin təşviqi imkanları müzakirə edilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində Almaniyanın Şərqi Biznes Assosiasiyasının icraçı direktoru Mixael Harms ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz "X" hesabında paylaşım edib.

"Görüşdə ölkələrimiz arasında sənaye, ticarət, investisiyaların təşviqi və iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlığın inkişafını vurğuladıq. Almaniya şirkətlərinin Azərbaycanda fəaliyyəti, biznes tərəfdaşlığının gücləndirilməsi və bərpa olunan enerji sahəsində birgə fəaliyyətin təşviqi imkanlarını müzakirə etdik", - nazir qeyd edib.

Chosen
8
2
operativmedia.az

10Sources