EN

Çarlz Brend: "Qida dəyər zənciri istixana qazlarının 30%-ni təşkil edir"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Qida dəyər zənciri istixana qazlarının 30%-ni təşkil edir".
Bu sözləri Oxu.Az-a açıqlamasında "Tetra Pak" şirkətinin Avropa və Mərkəzi Asiya Regionunun prezidenti Çarlz Brend deyib.
O bildirib ki, qida dəyər zəncirinin dekarbonizasiyası istiqamətində görüləcək çox iş var:
"Biz qida sektorunda fəaliyyət göstəririk, qida dəyər zənciri isə bütün istixana qazlarının 30%-ni təşkil edir. Enerjiyə qənaət cihazları, tullantı sularının təmizlənməsi, suyun təkrar emalı ilə qida dəyər zəncirinin dekarbonizasiyasına dəstək vermək olar. Görüləsi çox işlər var. Əsas lazım olan odur ki, hökumətlər qida dəyər zəncirinin dekarbonizasiyasına investisiyaları stimullaşdırmaq üçün dəstək versinlər".
Aygün Mirakif
Chosen
7
1
oxu.az

10Sources