Bakıdan Neftçalaya qonaq gələn uşaq suda boğulub
Bakıdan Neftçalaya qonaq gələn üç yaşlı uşaq suda boğularaq ölüb.
Reyting.az “Report”a istinadla xəbər verir ki, hadisə rayonun Ballıcallı kəndində qeydə alınıb.
Ailəsi ilə kəndə qonaq gələn, Bakı şəhər sakini, 2021-ci il təvəllüdlü H.X. velosiped sürərkən həyətdə ördəklər üçün qazılaraq su ilə doldurulmuş çuxura düşərək boğulub.
Faktla bağlı araşdırma aparılır.