EN

Tanzaniyada bina çöküb: 13 nəfər ölüb, 84 nəfər yaralanıb

Bakı. Trend:

Tanzaniyanın ən böyük şəhəri Dar əs-Salamın mərkəzindəki Kariakurayonunda yerləşən bazarda bina çöküb, nəticədə 13 nəfər həlakolub, 84 nəfər isə yaralanıb.

Trend xəbər verirki, bu barədə ölkə prezidenti Samiya Suluhu Həsən videomüraciətindəməlumat verib. Xilasedicilər dağıntılar altından 13 nəfərinmeyitini çıxarıb və azı 84 nəfəri xilas ediblər.

Dar əs-Salamın regional komissarı Albert Çalamilin sözlərinəgörə, çökmüş binanın zirzəmisində hələ də insanların olduğu ehtimaledilir. Zirzəmidə qalan şəxslər oksigen və su ilə təmin olunub."Onların vəziyyəti sabitdir və biz onların sağ-salamat xilasediləcəyinə inanırıq", - deyə Çalamil bildirib.

Hadisənin səbəbləri hələlik tam aydın deyil. Şahidlərin dediyinəgörə, bina yeraltı mərtəbələrin genişləndirilməsi işləri zamanıçöküb. Prezident Samiya Suluhu Həsən, çökmənin səbəblərininaraşdırılması üçün göstəriş verib və Baş nazir Kassim Macalivanınrəhbərliyi altında Kariakudakı bütün binaların vəziyyətininyoxlanılmasını tapşırıb.

Chosen
29
30
az.trend.az

10Sources