EN

Çexiyadakı daşqınların zərəri qiymətləndirildi

Bakı. Trend:

Sentyabr ayında Çexiyada baş verən daşqınların vurduğu ziyan ənazı 60 milyard kron (2,4 milyard avro) təşkil edəcək.

Trend-in Novinkyxəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Çexiyamaliyyə naziri Zbynek Stanjura məlumat verib.

Nazir, təbii fəlakətdən dəyən ümumi zərərin hesablanmasının hələtamamlanmadığını vurğulayıb və məbləğin artacağı ehtimalını qeydedib. Daşqının ən böyük ziyanı dövlət əmlakına dəyib, xüsusiləMoraviya-Sileziya və Olomouc bölgələri ən çox zərər çəkib.

Zərərin aradan qaldırılması üçün ayrılacaq vəsaitin bir hissəsiÇexiya Avropa İttifaqının fondlarından alınacaq. Bununla yanaşı,fəlakətlə mübarizə üçün vəsaitin ayrılması Çexiyanın büdcəxərclərini əhəmiyyətli dərəcədə artırıb. 2024-cü il üçün dövlətbüdcəsinin kəsiri 30 milyard kron (1,17 milyard avro), 2025-ci ilüçün isə 10 milyard kron (400 milyon avro) artırılıb.

Chosen
42
az.trend.az

1Sources