EN

Aİ-nin Rusiyaya qarşı 15-ci sanksiya paketində nələr olacaq? - Siyarto açıqladı

Avropa İttifaqı ölkələri Rusiyaya qarşı 15-ci sanksiyalar paketinə enerji obyektləri, neft və qaz infrastrukturu, nüvə sənayesi müəssisələri, eləcə də idmançılar, kilsə rəhbərləri və BMT əməkdaşlarının daxil edilməsi imkanlarını müzakirə edirlər.

Musavat.com xəbər verir ki, bunu Brüsseldə Avropa İttifaqı ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak edən Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto açıqlayıb.

O qeyd edib ki, avropalı həmkarları “köhnə ideyaların əsarətindən xilas ola bilmirlər” və hazırda Rusiyaya qarşı 15-ci sanksiyalar paketini hazırlayırlar: “Bəzi Aİ dövlətləri qan üçün can atırlar və enerji, neft və ya təbii qazın nəqli və nüvə sənayesi üzrə sanksiyalardan danışırlar, məsələn, BMT rəsmilərinə, idmançılara, idman klublarına, kilsə rəhbərlərinə qarşı sanksiyalarla bağlı açıq-aşkar çılğın təkliflər irəli sürürlər”.

Siyarto əmin edib ki, Aİ-nin Rusiyaya qarşı əvvəlki 14-cü sanksiya paketini müzakirə edərkən olduğu kimi, Macarıstan hökuməti bu dəfə də “Macarıstanın maraqlarına, milli təhlükəsizliyinə və enerji təhlükəsizliyinə zidd olan hər hansı sanksiyaların tətbiqinə imkan verməyəcək”.
Qeyd edək ki, Macarıstan Rusiya neft və qazına qarşı sanksiyalardan bir sıra istisnaları təmin edib və Rosatom layihəsi çərçivəsində Paks-2 AES-in tikintisini onlardan qoruyub.

 

Musavat.com

Chosen
44
musavat.com

1Sources