EN

Əlcəzair prezidenti hökumətdə qismən dəyişikliklər etdi

Bakı. Trend:

Əlcəzair prezidenti Əbdülməcid Tebbun baş nazir Nazir Larbavininrəhbərlik etdiyi hökumətdə qismən dəyişikliklər edib.

Trend xəbər verirki, dəyişikliklərə əsasən, Xarici İşlər, Daxili İşlər, Dini İşlərvə Vəqf, Maliyyə, eləcə də Energetika və Mədən nazirləri özvəzifələrini qoruyublar.

Ədliyyə Naziri və Möhür Mühafizəsi vəzifəsinə AbderraşidTebbinin yerinə Lütfi Bujemaa təyin olunub. Mədəniyyət və İncəsənətNazirliyinə isə Soraya Muludjinin əvəzinə Zuhair Belalu gətirilib.Soraya Muludji bundan sonra Milli Həmrəylik, Ailə və Qadınlarnaziri olaraq fəaliyyət göstərəcək.

Bundan əlavə, Kənd Təsərrüfatı Nazirliyinə rəhbərlik MəhəmmədAbdelhafid Hennidən Yusif Şorfaya keçib. Turizm və SənətkarlıqNazirliyində isə Muxtar Diduşun yerini Huriya Medaxi tutub.

Qeyd edək ki, dəyişikliklər Əlcəzair hökumətində islahatlarındavam etdirilməsi məqsədilə həyata keçirilib.

Chosen
40
az.trend.az

1Sources