Bakının Qaradağ rayonunda 28 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
1news.az “Report”a istinadən xəbər verir ki, 1996-cı il təvəllüdlü Qəhrəmanov Şəmistan Əvəz oğlunun idarə etdiyi minik avtomobili yol kənarındakı maneəyə çırpılıb.
Yaralı ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.