EN

Qlobal İqlim Şəffaflığı üzrə Nazirlərin Bakı Bəyannaməsi

COP29 çərçivəsində Bakıda Qlobal İqlim Şəffaflığı üzrə Nazirlərin Dəyirmi masasında Bakı Bəyannaməsi qəbul edilib.

Sənədə imza atan ölkələr Paris İqlim Razılaşmasının tərəflərini iqlim şəffaflığı üzrə hesabatlarını 31 dekabr 2024-cü ilədək müvafiq qaydada təqdim etməyə çağırıb.

Bəyannamədə qeyd olunub ki, Paris Razılaşmasının 13-cü bəndinə uyğun olaraq sözügedən sənədə imza atan ölkələr özlərinin İkiillik İqlim Şəffaflığı Hesabatlarını 2024-cü il dekabrın 31-dək təqdim etməyi öhdəsinə götürür. Eyni zamanda, Paris İqlim Razılaşmasının bütün tərəflərini özlərinin iqlim şəffaflığı hesabatlarını həmin vaxtadək təqdim etməyə dəvət olunub.

Sənəddə bəzi inkişaf etməkdə olan ölkə və tərəflərin İqlim Şəffaflığı Hesabatlarının hazırlanması və hökumətlər daxilində milli hesabat sistemlərinin yaradılmasında qarşılaşdıqları çətinliklərin tanındığı, COP29 Prezidentliyi, eləcə də UNFCCC Katibliyi tərəfindən inkişaf etməkdə olan ölkələrə iqlim şəffaflığı hesabatlarının hazırlanmasında yardım göstərilməsi istiqamətindəki səylərin dəstəkləndiyi vurğulanıb.

Bəyannamədə qeyd olunub ki, ölkələrin institusional inkişafına və potensialının daha da inkişafına yönələn kollektiv səylər dəstəklənir. Bununla yanaşı, Bakı Bəyannaməsi inkişaf etməkdə olan ölkələrə texniki dəstəyin genişləndirilməsi, hesabatların hazırlanmasına və müasirləşdirilməsinə yönələn qabaqcıl təcrübə mübadiləsi, bu məqsədlə irəliləyişin əldə olunması üçün ekspertlərlə çoxtərəfli müzakirələrdə iştirakı öhdəsinə götürür, həmçinin tərəflərə və hökumətlərarası komissiyalara bu sahədə ekspert hesab olunan şəxslərlə bağlı məlumatları BMT-nin müvafiq İqlim Dəyişmələri üzrə Ekspertlərinin Reyestrinə daxil edilməsini təmin edir. Eyni zamanda, maraqlı tərəflərin və subyektlərin bu sahədəki öhdəliklərini müəyyən edilməsi, eləcə də texniki ekspertlərin rəylərinin hazırlanması prosesini dəstəkləyir.

Bildirilib ki, Qlobal İqlim Şəffaflığı üzrə Bakı Bəyannaməsini imzalayan tərəflər onu da təsdiq edir ki, sözügedən sənəd öz hesabatlarını hazırlayan ölkələr üçün digərləri ilə əməkdaşlığın qurulması, bu sahədə resursların səfərbər edilməsi, əməkdaşlığa təkan verən fəaliyyətin həyata keçirilməsi və təcrübə mübadiləsi yolu ilə şəffaflığın təminatında platforma rolunu oynayacaq. Tərəflər Bakı Şəffaflıq Platformasının inkişaf etməkdə olan ölkələr arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinə və potensialın artırılmasına yönələn səylərini dəstəklədiklərini bəyan ediblər.

 

Chosen
2
4
xalqqazeti.az

10Sources