Avropa İttifaqı (Aİ) Komissiyası Tehran administrasiyasına qarşı sanksiyaları genişləndirir.
İndex.az xəbər verir ki, Aİ Komissiyası raket və pilotsuz uçuş aparatlarının (PUA) istehsalında istifadə olunan komponentlərin Aİ-dən İrana ixracını qadağan edib.
Beləliklə, Aİ-dən İrana raketlərin və PUA-ların hazırlanması və istehsalında istifadə olunan komponentlərin ixracına, ötürülməsinə, tədarükünə və ya satışına qadağa qoyulub.
Qərara uyğun olaraq, İran İslam Respublikası Gəmiçilik Şirkəti (IRISL) və onun meneceri Məhəmməd Rza Xiabani, o cümlədən silah və sursat daşıdığı bildirilən “MG Flot”, “VTS Broker” və “Arapax” adlı Rusiyanın gəmiçilik şirkətləri sanksiyalar siyahısına daxil edilib.