EN

Azərbaycanda heyvanlar arasında təhlükəli xəstəliklər üzrə vəziyyət stabildir - Qalib Əbdüləliyev

Bakı.Trend:

Heyvanlarda olan yoluxucu, xüsusi təhlükəli xəstəliklər üzrərespublikada vəziyyət stabildir və nəzarət altındadır.

Trendxəbər verir ki, bu sözləri COP29 çərçivəsində jurnalistlərəaçıqlamasında AQTA-nın şöbə müdiri Qalib Əbdüləliyev deyib.

O bildirib ki, bir neçə gün öncə respublikanın yüksək patogen“quş qripi”ndən azad olması barədə ÜHST tərəfindən qərar qəbulolunub və ölkənin bundan azad olunması statusu təsdiq olunub.

“Vəhşi təbiətlə bağlı olan bütün xəstəliklər üzrə mütəmadiolaraq monitorinqlər həyata keçirilir. Hələ ki, respublikaərazisində bu istiqamətdə narahatlığa səbəb olacaq xəstəlikmüşahidə olunmayıb”,-deyə o qeyd edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Chosen
13
az.trend.az

1Sources