EN

COP for Hope: COP29-da əhəmiyyətli nəticələrin əldə olunacağına ümid edirik - Nigeriyalı nazir

Bakı. Trend:

COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlıxüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi iləmübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkərəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm vəekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkanyaradır.

Budəfəki müsahibimiz Nigeriyanın Ətraf Mühit naziriMal Balarabe Abbas Lavaldır.

O Trend-ə özəl açıqlamasında bildirib ki,COP29-da danışıqlar prosesi ədalətli keçir və əhəmiyyətlinəticələrin əldə olunacağına ümid edirlər.

Nazir bir çox insanın COP29-un yaxşı ola bilməyəcəyinidüşündüyünü, amma burada tam fərqli bir mühitin şahidi olduğunubildirib: "Çox gözəl təşkil olunub. Danışıqlar gedir, amma bubarədə şərh verməyəcəyəm. Hesab edirəm ki, bu proses ədalətlikeçdi. Bu COP həqiqətən də fərqlidir. Çünki burada daha çox maliyyəsahəsinə diqqət yetirilir. Əhəmiyyətli olan da budur. Həqiqətən dəEkoloji Problemlərin və İqlim Məsələlərinin Maliyyələşdirilməsiolduqca vacib məsələlərdir və biz bunun üçün burdayıq".

"Dubayda iqlimlə bağlı maliyyə məsələsində razılığa gələcəyimizəçox ümid edirdik. Çoxlu vədlər var idi. Xüsusən də Afrikaproblemlərinə diqqət daha çox idi. Mən də bildirmişdim ki, biz buCOP-u elə bir şeyə çevirməliyik ki, ölkəmizə qayıtdıqdan sonrakiminləsə nəticələrimizi bölüşə bilək.

İndi keçirdiyimiz yüksək səviyyəli görüşdə Afrikada iqlimböhranına qarşı böyük töhfə kimi 200-300 milyard maliyyə dəstəyiqeyd olundu. Düşünürəm ki, bu Afrika üçün kifayət olmayacaq. Çünkiproblemlərimiz çoxdur", - deyə nazir vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Chosen
14
1
az.trend.az

2Sources