EN

Putin Rusiyanın yenilənmiş nüvə doktrinasını təsdiqləyib

Putin

Prezident Vladimir Putin Rusiya Federasiyasının yenilənmiş nüvə doktrinasını təsdiq edib.

Reyting.az
Rusiya KİV-lərinə istinadla bildirir ki, bununla bağlı fərman imzalanıb.

Təsdiq edilmiş nüvə doktrinasından belə nəticə çıxır ki, nüvə silahından istifadə barədə qərarı Rusiya prezidenti verir və hərbi blokdan hər hansı bir ölkənin Rusiya Federasiyasına təcavüzü bütün blokun təcavüzü kimi qiymətləndiriləcək.

Bundan əlavə, doktrina Rusiyanın özünün və Belarusun suverenliyinə və ərazi bütövlüyünə kritik təhlükə yaranarsa, nüvə silahından istifadəni nəzərdə tutur.

Doktrina nüvə silahından istifadə üçün əsaslar arasında Rusiya Federasiyasına qarşı ballistik raketlərin buraxılmasını da nəzərdə tutur.



E. KAMAL
Chosen
8
reyting.az

1Sources