EN

Bakıda piylərini çıxartdırmağa gedən iki uşaq anası öldü

Bakıda bu ilin aprel ayında 40 yaşlı Səbinə Əliyeva liposaksiya əməliyyatı olmağa qərara gəlir.

Publika.az xəbər verir ki, o, bu barədə eltisi ilə məsləhətləşib və əməliyyatı ali təhsili olmayan həkim eltisi edir.

Mərhumun valideynləri qızının ölümündə eltisini günahkar bilir. Mərhumun anası Sara Qədimova bildirib ki, axşam saatlarında mənə video gəldi, videonu qızım atıb kürəkənimə, o da mənə göndərib.

"Həmin videoda qızımın durumu pis idi. Üstündən bir az zaman keçəndən sonra mənə göndərilən bütün videolar silinib. Eltisi Ülviyyə Rəhmənova əməliyyatdan sonra onu xəstəxanadan çıxardıb, 2 gün evində saxlayacağını deyib. Ancaq 1 gün sonra qapımı qızın qaynatası döyərək dedi ki, qızın vəziyyəti yaxşı deyil.

Həyətə çatanda gördüm ki, polislər həyətdədir. Onda hiss etdim ki, qız ölüb. Gəldim qızıma toxunanda meyit buz kimi idi. Üstünü açdım, sanki qarın hissəsində nəsə qaynayır kimi idi. Ölümünə inanmadım, amma qaynanası dedi ki, artıq ölüb. Təcili tibbi yardım gələndə də öldüyünü təsdiqlədi".

Əməliyyatdan sonra həmin klinikanın fəaliyyəti dayandırılıb. Ekspertizanın rəyindən sonra məlum olub ki, mərhum kəskin qanaxmadan həyatını itirib. Faktla bağlı cinayət işi başlanıb. Məsələ ilə bağlı həkimlə əlaqə saxlamağa çalışsaq da zəngimizi onun bacısı Nailə xanım cavablandırdı. Bacısı məsələ ilə bağlı heç bir məlumat verə bilməyəcəyini, bacısının səhhətinin ağır olduğunu bildirib.

Mütəxəssislər qeyd edir ki, cərrahi ixtisası olmayanların belə bir işi görməsi nəticəsindən asılı olmayaraq məhkəmə və aidiyyəti orqanların priviligiyasındadır.

Chosen
14
22
publika.az

10Sources