EN

Putin yenilənmiş nüvə doktrinasını təsdiqləyib

Rusiya prezidenti Vladimir Putin ölkənin nüvə silahından çəkindirmə sahəsində dövlət siyasətinin əsaslarını təsdiqləyib.

Putin bununla bağlı müvafiq fərman imzalayıb.

Bu tənzimləmə ilə Rusiya "kritik təhlükə altında olduğuna inanarsa" ballistik silahlara qarşı nüvə cavabı verə biləcəyini açıqlayıb.

Yeni doktrina bəyan edir ki, əgər ballistik raketlər, pilotsuz təyyarələr və ya digər təyyarələrin hücumları “ölkənin bütövlüyünü təhdid edərsə” Putin nüvə silahını işə sala bilər.

Nüvə doktrinasında həmçinin qeyd olunur ki, bir koalisiyaya üzv olan ölkənin Rusiyaya qarşı hər hansı hücumu bütün koalisiyanın hücumu kimi qiymətləndiriləcək.



Chosen
4
trt.net.tr

1Sources