EN

Rusiya nüvə doktrinasını yenilədi, qlobal bazarlar "silkələndi"

Rusiya nüvə doktrinasının yenilənməsi ilə bağlı xəbər dünya bazarlarını silkələyib və əsas indekslər enişlə reaksiya verib.

Valyuta.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

S&P 500 fyuçersləri çərşənbə axşamı günortadan sonra 0,3% ucuzlaşıb. ABŞ-ın 10 illik xəzinə notunun gəlirliliyi yeddi baza bəndi azalaraq 4,34%-ə düşüb.

Bu arada, Yapon yeni, İsveçrə frankı və qızıl daxil olmaqla ənənəvi təhlükəsiz sığınacaq aktivləri yüksəlib. Ukraynanın suveren dollar istiqrazları inkişaf etməkdə olan bazarlardakı oxşar aktivlər arasında ən çox ucuzlaşıb.

Noyabrın 19-da Rusiya prezidenti Vladimir Putin ölkənin nüvə qarşısının alınması sahəsində dövlət siyasətinin əsaslarını təsdiqləyib. Yenilənmiş doktrina Rusiyanın nüvə silahından istifadə edə biləcəyi hərbi təhdidlərin siyahısını əlavə edib. Xüsusilə, nüvə qarşısının alınması nüvə ölkələri iştirak edirsə və ya nüvə dövlətləri tərəfindən dəstəklənirsə, hər hansı qeyri-nüvə dövləti tərəfindən təcavüz halında həyata keçiriləcək.

Paşa Məmmədli

Chosen
9
valyuta.az

1Sources