EN

Bu, Peloninin Azərbaycana qarşı əməllərinə verilən adekvat reaksiyadır - Əli Mustafa

Yazını böyüt
Yazını kiçilt

“ABŞ konqresmeni Frank Peloninin ötən həftənin şənbə günü COP29-da iştirak etmək üçün Bakıya səfər edib, birinci gün Azərbaycanı tərk etməsi təəssüf doğursa da, ibratamiz haldır. Çünki Peloni Azərbaycana qarşı qətnamənin qəbul edilməsinə səs verən 60 konqresmendən biridir. O, 2017-ci ildə Qarabağa qeyri-qanuni səfər etdiyinə görə rəsmi Bakı tərəfindən qara siyahıya salınıb. Azərbaycana qarşı barışmaz erməni dostu kimi tanınıb”.

Bunu hafta.az-a açıqlamasında siyasi ekspert Əli Mustafa bildirib. Ə.Mustafa 1988-ci ildən Kanqresin üzvü olan Frank Peloninin türkəfob, islamafob, korrupsioner, erməni lobbisinə bağlı bir siyasətçi kimi xarakterizə olunduğunu, Azərbaycanın suverenliyinə qarşı hörmətsizlik edən, separatizmi dəstəkləyən konqresmen kimi qiyətləndirildiyini deyib.

“Üzdə görünən odur ki, Peloni COP29 konfransında iştirak etmək istəyib. Lakin burada etirazla qarşılanıb və psixoloji ictimai təpki Peloniyə də pressinq olub. Peloni konfransda iştirak etmədən gəldiyi kimi Azərbaycanı tərk edib. Ona Azərbaycanda qalıb bu ölkənin təamlarından dadmasına imkan verilməyib. Bu, Peloninin Azərbaycana qarşı əməllərinə verilən adekvat reaksiyadır”.
Ə.Mustafa hesab edir ki, Pelonini ölkəmizdə hiddətə qarşılayıb, biabırçasına yola salanlar haqlıdır. “Özünə hörmət edən adam belə addım atmamalı, nə ilə üzləşəcəyini hesablamalı idi. Frank Peloni bilməliydi ki, bir gün əməllərinə görə sorğu-sual ediləcək. Konqresmen kimi onun Bakıda yaşadıqları yaddaşında qalacaq və ümid edək ki, bundan sonra belə qərəzli yanaşmalarından əl çəkəcək. Təəssüf doğuran, ibratamiz haldır”.

Chosen
13
hafta.az

1Sources