EN

Böyük Britaniyanın müvəqqəti işlər vəkili İran XİN-ə çağırılıb

Böyük Britaniyanın müvəqqəti işlər vəkili Londonun Tehrana qarşı yeni sanksiyalar tətbiq etməsi ilə əlaqədar İran Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.

Qeyd olunur ki, İran XİN britaniyalı diplomatı əmin edib ki, Londonun irrasional davranışını cavabsız qoymayacaqlar. Nazirlik, həmçinin bəzi Avropa dövlətlərinin, o cümlədən Böyük Britaniyanın İranın müdafiə sahəsində digər ölkələrlə əməkdaşlığına müdaxiləsini qəbuledilməz adlandırıb.

Chosen
10
2
musavat.com

10Sources