EN

Alimlər siçanlara həyatlarının yeni sevincini bəxş etdilər: MAŞIN sürürlər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Riçmond Universitetinin alimləri siçanlara kiçik avtomobilləri sürməyi öyrədiblər və heyvanların bundan zövq aldığı məlum olub.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Riçmond Universitetinin saytında bildirilib.
Siçanın "avtomobili" motor və məftildən hazırlanmış pedala malik plastik konteyner olub. Alimlər gəmiriciləri ləzzətli yeməyə daha effektiv və sürətli çatmaq üçün bundan istifadə etməyi öyrədiblər. Heyvanlar sürücülük texnikasını tez mənimsəyiblər və idarəetmədə heyrətamiz dəqiqlik nümayiş etdirməyə başlayıblar.
Alimlər qeyd ediblər ki, oyuncaqlar və məşq üçün geniş məkanı olan zənginləşdirilmiş mühitdən olan siçanlar standart qəfəslərdəki həmcinslərindən daha tez öyrənirlər. Bu, müxtəlif mühitin beyinin adaptasiya qabiliyyətini yaxşılaşdıraraq neyroplastikliyi inkişaf etdirməsi fərziyyəsini təsdiqləyib.
Alimlərin sözlərinə görə, ən təəccüblü məqam heyvanların davranışı olub. Bəzi siçanlar hərəkətə başlamazdan əvvəl maşına tullanır və pedala basırdılar. Tədqiqatçıların fikrincə, bu, sürücülük prosesinin onlara zövq verdiyini nümayiş etdirir. Eksperiment, həmçinin göstərdi ki, siçanlarda sevincə bənzər müsbət emosiyalar yaranıb.
Əlavə eksperimentlər zamanı alimlər mükafat gözləntisinin davranışa necə təsir etdiyini yoxladılar. Məlum oldu ki, yemin alınmasında gecikmələrə öyrəşmiş sürücü siçanlar daha optimist, tapşırıqların həllində daha cəsarətli olur və quyruqlarını qaldıraraq xarakterik "sevinc" pozası nümayiş etdirirdilər.
Chosen
34
oxu.az

1Sources