EN

Proseslərin idarə edilməsi və rəqəmsal transformasiya şöbəsinin aparıcı eksperti - VAKANSİYA

"Bank of Baku" şirkəti, Proseslərin idarə edilməsi və rəqəmsal transformasiya şöbəsinin aparıcı eksperti vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:

Vəzifə öhdəlikləri:

  • Bankdaxili prosesləri izləmək, müvafiq strukturlarla görüşlər keçirmək, mövcud proseslər haqqında məlumatlar əldə etmək;
  • Proses xəritəsi, iş axını sxemləri və proses sənədlərinin hazırlanması;
  • Mövcud prosesləri təhlil edərək araşdırmaq və təkmilləşmə ehtiyacı olanları müəyyən etmək;
  • Proseslərin optimallaşdırılması üzrə təkliflər vermək, onların həyata keçirilməsi üçün aidiyyəti strukturlarla mütamadi iş birliyində olmaq;
  • Rəqəmsallaşma sahəsində müvafiq həll və təşəbbüslərin hazırlanmasında iştirak etmək;
  • Proqram təminatlarının keyfiyyət təminatı prosesində iştirak etmək;
  • Müvafiq işlərlə əlaqədar təqdimatların hazırlanması.

Tələblər:

  • Ali təhsil (İnformasiya texnalogiyaları, iqtisadiyyat sahələri olmaqla) tələb olunur.
  • Sahə üzrə iş təcrübəsi- 1-3 il
  • Dil bilikləri: Azərbaycan - Yüksək, İngilis- Orta, 
  • MS Office – Yüksək
  • Visio və ya bənzər proqramlar - Yüksək
  • Jira və ya bənzər proqramlar - Yüksək
  • Figma və ya bənzər proqramlar - Orta
  • BPM sistemləri - Orta
  • CRM sistemləri - Orta

Qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.
 

Zemfira Ms
Fins.az

Chosen
27
fins.az

1Sources