EN

Neftimiz ucuzlaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,78 ABŞ dolları və ya 1,04% azalaraq 74,4 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, ötən gün Azərbaycan neftinin qiyməti 75,18 dollar təşkil edib.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib

 

Chosen
10
9
qafqazinfo.az

10Sources