1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
UEFA Millətlər Liqasında C Liqasının 1-ci qrupunu sonuncu yerdə bitirən Azərbaycan millisi ən pis göstəriciyə imza atıb.
Oxu.Az xəbər verir ki, Fernandu Santuşun başçılıq etdiyi seçmə komandamız İsveç, Slovakiya və Estoniya ilə birlikdə mübarizə apardığı qrupda cəmi bir xal qazana bilib.
Seçmə komandamız 6 oyunda qapısından 17 qol buraxıb. Bu isə C Liqasının ən pis göstəricisidir.
Qrup oyunlarından sonra Azərbaycan, Lüksemburq, Latviya və Litva C Liqasına vida ediblər.
Qeyd edək ki, sözügedən komandalar turnirin yeni mövsümündə D Liqasında çıxış edəcəklər.