EN

"Onun içində göbələk və kiflər əmələ gələ bilər" - EKSPERT TƏNQİD ETDİ

“Natura” şirəsini alan blogger Əfsanə Fərəc iyrənc mənzərə ilə qarşılaşıb. Belə ki, vaxtı keçməmiş məhsulun içərisində kifəbənzər çöküntü olub. O bildirib ki, öncə qapağı normal şəkildə açıb, amma stəkana az-az gəldiyi üçün şübhələnib. Qutunu kəsmək qərarına gələn blogger qarşılaşdığı mənzərəyə təəccüblənib. SİA mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun fikirlərini öyrənib.

Eyyub Hüseymov bildirib ki, o videomaterial Azad İstehlakçılar Birliyinin diqqətini cəlb edib: “Biz bilməliyik ki, istənilən mal hətta yararlılıq müddəti keçmədiyi bir müddətdə əgər standartlara uyğun istehsal olunubsa, çox kimyalaşmayıbsa, hətta yararlılıq müddəti keçmədiyi bir müddətdə elə bir şəraitdə saxlanıla bilər ki, onun içində göbələklər, kiflər əmələ gələ bilər. Mən güman edirəm ki, həmin şirə uyğun şəraitdə saxlanılmayıb. O hansısa bir isti mühitdə saxlanılıbdır. Ona görə də o vəziyyətə düşüb. Əgər yararlılıq vaxtı keçibsə ümumiyyətlə bu təbiidir, keçməyibsə deməli saxlanma şəraiti uyğun olmayıbdır və istehlakçılar bunu nəzərə almalıdırlar.

Ona görə də biz həmişə deyirik ki, istehlakçılar yararlılıq müddəti yarıdan keçməmiş mallara üstünlük verir. Yarıdan keçəndən sonra mallarda artıq necə deyərlər problemlər yarana bilər.

Bir də qeyd edim ki, çox kimyalaşmamış mallarda belə hallar daha tez baş verir.

Ümumiyyətlə, bu mikrobioloji prosesdən əmələ gəlib. Görünür bakteriyoloji nəzarətə istehsal vaxtı düzgün əməl olunmayıb və çirklənmə baş verib. Bu da səbəb ola bilər”.

Ayşən Vəli

Chosen
19
sia.az

1Sources