EN

ATİAHİ Şirvan Şəhər Komitəsində "köhnə hamam, köhnə tas"dır...

Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası (AHİK) Səttar Mehbalıyevin 33 illik şahənşahlığına son qoyulduqdan sonra rəhbər dəyişikliyi baş verdi. Köhnə sədri əvəzləyən Sahib Məmmədova inam böyük idi.Əksəriyyət AHİK-dəki dəyişiklikdən sonra yeni tendensiyaların yaranacağına, islahatların aparılacağına, yeniliklər edəcəyinə, uzun illərdir kreslolalarına yapışmış şəxsləri uzaqlaşdıracağına böyük ümidlər bəsləyirdi. Hətta yeni kadrları gözləyənlər də az deyildi. Amma bunun əksi baş verməyə başladı. Sahib Məmmədovdan işçilərin hüququları ilə bağlı cəsarətli açıqlamalar verilməsi gözləntiləri də xəyal olub. Halbuki o, təkcə bu məsələni deyil, illərlə həmkarlara pul ödəyib sanatoriyada müalicə və istirahət huquqndan məhrum olan vətəndaşların huquq maarifləndirməsi yonündə seminarlar, görüşlər təşkil etməli idi. Lakin AHİK-də yenə əvvəlki ab-hava davam edir.


Paytaxt.org saytının redaksiyasına göndərilən məqalədə qeyd olunur ki, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Şirvan Şəhər Komitəsinin sədri Niyazi Nəcəfov müəllimlərdən çox məktəb rəhbərlərinə özünü yaxın hiss edir, sosial, iqtisadi məsələlər barədə qanunvericiliyə əməl olunmasını və aşkara çıxarılmış pozuntuların aradan qaldırılmasını tələb etməyə cürət eləmir. Məqalədə bildirilir ki, Şirvan- Salyan Regional Təhsil İdarəsinin Şirvan şəhəri üzrə Təhsil sektorunun müdiri Varis Qasımlı ilə əlbir işləyən Niyazi Nəcəfov təhsil müəssisələri rəhbərlərinin öz işçiləri ilə müqavilələrin müddəalarını yerinə yetirməsə də səsini çıxarmağa hünəri çatmır, çünki "gözükölgəlidir", həmişə istismar olunanların deyil, istismar edənlərin tərəfində olub: “Niyazi Nəcəfov həmkarlar təşkilatının xətti ilə maddi yardımı çox vaxt layiq olan, əsl ehtiyac duyan təhsil işçilərinə deyil, məhz özü istədiyi, ona “xüsusi minnətdarlıq etməyi bacaran” şəxslərə yazır. Belə qərarları sədr həmişə təkbaşına verir və nəyə əsaslandığı barədə hesabat verməyə özünü borclu saymır”.


Məqalədə qeyd olunur ki, ilk təşkilat ideoloji təbliğatla bağlı tədbirlər keçirməyi ümumiyyətlə unudub, təşkil etdiyi bütün tədbirlər sədrin özünün maddi maraq güddüyü məsələlərlə bağlı olub: “Komitə Məclisi, Rəyasət Heyəti, komitənin nəzdindəki komissiyalar formal olaraq mövcuddur, bütün qərarları Niyazi Nəcəfov təkbaşına verir. Hesabat seçki konfransları da yalnız kağız üzərində keçirilir, nəticəsi də Niyazi müəllimin xeyirinə olur. Təşkilatda külli-ixtiyar Niyazi Nəcəfovun əlində olduğu üçün HİK-in müvafiq vəzifə daşıyıcılarının seçiulməsi də formal xarakter daşıyıb. Təftiş komissiyası da kağız üzərində mövcud olduğundan, təhsil müəssisələrində işlərin gedişinə nəzarət, müəllimlərin təkliflərinə, ərizə və şikayətlərinə baxılması işinin və HİK-nin büdcəsinin düzgün icrası, maliyyə, təsərrüfat fəaliyyətinin yoxlanılması yaddan çıxıb”.

Məqalədə birmənalı olaraq vurğulanır ki, Mingəçevir şəhər TİAHİ müəllimlərin sosial, hüquqi, mənəvi mənafelərinin müdafiəsini həyata keçirmək vəzifəsinin öhdəsindən gələ bilmir: “Əməkdaşların istirahətinin təmin olunması müstəvisində daim ayrı-seçkiliyə yol verilib. Təşkilat üzvlərinin istirahətlərinin təşkili, təhsil işçiləri üçün sanatoriyalara güzəştli yollayışların (“putyovka”) verilməsi məsələsi həmişə problemli, mübahisə doğuran məsələ olub. Heç kəsə sirr deyil ki, Niyazi Nəcəfov “putyovkaları” onların ümumi qiymətinin 15 faizinə deyil, iki dəfə artıq qiymətə satıb. Nəticədə bəzi imkanlı şəxslər hər il bu fürsətdən yararlandıqları halda, Niyazi Nəcəfovu “görə bilməyən”lərin çoxları illərlə istirahət hüququndan istifadə edə bilməyiblər. Ümumiyyətlə, təşkilatın fəaliyyət çevrəsinə aid olan bütün humanist addımlar rüşvət qarşılığında həyata keçirilir”.

Qeyd edək ki, bütün bu məsələlərə aydınlıq gətirmək üçün Niyazi Nəcəfovla ilə əlaqə saxlamağa cəhd etdik. Dövlət tərəfindən müəyyən edilmiş telefonlara günlərlə zəng etsək də dəstəyi qaldıran olmadı. Sual olunur:Əgər dövlət tərəfindən təyin edilmiş bu telefon nömrələrinə cavab verən yoxdursa, nə üçün hər ay bu nömrələr üçün pul köçrülməlidir?

Ardı var...

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Paytaxt.org
Chosen
8
paytaxt.org

1Sources