EN

Azərbaycanda orta aylıq əməkhaqqı ARTDI

Bakı. Trend:

2023-cü ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatındamuzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilinmüvafiq dövrünə nisbətən 11,3% artaraq 921,1 manat olub.

Trend xəbər verir ki, 2023-cü il noyabrın 1-i vəziyyətinə ölkəiqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1729,4 min nəfərolmuş, onlardan 896,9 min nəfəri iqtisadiyyatın dövlət sektorunda,832,5 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyətgöstərib.

Qeyd edək ki, muzdla işləyənlərin 19,1 faizi təhsil, 18,5 faiziticarət; nəqliyyat vasitələrinin təmiri, 12,9 faizi sənaye, 8,4faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,5 faizitikinti, 6,4 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat,4,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,7 faizi peşə, elmi vətexniki fəaliyyət, 3,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı vəbalıqçılıq, 2,1 faizi maliyyə və sığorta fəaliyyəti, 14,7 faizi isəiqtisadiyyatın digər sahələrində məşğul olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
314
49
az.trend.az

10Sources