Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Hacıqabul rayonunda (Bakı-Qazax avtomobil yolunun 113-cü kilometrliyi) yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.Qurumdan Yenixeber.org-a bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Toyota” markalı minik avtomobili və “ГАЗель” markalı yük avtomobili toqquşub, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.İki nəfər Laçın rayon sakini - 1995-ci il təvəllüdlü Ağayev Şəfa İmdad oğlu və 1987-ci il təvəllüdlü Məmmədov Dəyanət Məhərrəm oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.Yaralılar Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.