EN

BVF Afrika ölkəsinə 73,8 milyon dollar kredit ayırdı

Beynəlxalq Valyuta Fondu (BVF) 2021-ci il krediti çərçivəsində Kameruna 73,8 milyon dollar təcili ödəniş təqdim edib.

Publika.az xəbər verir ki, bu barədə Fondun press-relizində məlumat verilib.

Bundan əlavə, BVF ilkin məbləğə nisbətən əlavə 147,6 milyon dollar ayırmaq niyyətindədir və kredit xəttinin müddətini 12 ay, yəni 2025-ci il iyulun 28-dək uzadacaq.

Bu kredit Kameruna proqram çərçivəsində planlaşdırılan islahat siyasətini davam etdirməyə imkan verəcək.

Chosen
172
27
publika.az

10Sources