Bakı. Trend:
Beynəlxalq Valyuta Fondu (BVF) 2021-ci il krediti çərçivəsindəKameruna 73,8 milyon dollar təcili ödəniş təqdim edib.
Trend-inməlumatına görə, bu barədə Fondun press-relizində məlumatverilib.
Bundan əlavə, BVF ilkin məbləğə nisbətən əlavə 147,6 milyondollar ayırmaq niyyətindədir və kredit xəttinin müddətini 12 ay,yəni 2025-ci il iyulun 28-dək uzadacaq.
Bu kredit Kameruna proqram çərçivəsində planlaşdırılan islahatsiyasətini davam etdirməyə imkan verəcək.
Eyni zamanda, BVF bank sisteminin dövlət sektorundan asılılığıproblemini həll etməkdə israrlıdır.