Beynəlxalq Valyuta Fondu (BVF) 2021-ci il krediti çərçivəsində Kameruna 73,8 milyon dollar təcili ödəniş təqdim edib.
Trend-in məlumatına görə, bu barədə Fondun press-relizində məlumat verilib.
Bundan əlavə, BVF ilkin məbləğə nisbətən əlavə 147,6 milyon dollar ayırmaq niyyətindədir və kredit xəttinin müddətini 12 ay, yəni 2025-ci il iyulun 28-dək uzadacaq.
Bu kredit Kameruna proqram çərçivəsində planlaşdırılan islahat siyasətini davam etdirməyə imkan verəcək.
Eyni zamanda, BVF bank sisteminin dövlət sektorundan asılılığı problemini həll etməkdə israrlıdır.