EN

“Sivil Toplum” Monitorinq Koalisiyası ATƏT nümayəndələri ilə görüş keçirib

“Sivil Toplum” Monitorinq Koalisiyası ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) nümayəndələri ilə görüş keçirib.
AYNA xəbər verir ki, yanvarın 9-da “Sivil Toplum” Monitorinq Koalisiyasının ofisində Koalisiyanın həmsədrləri - “Müstəqil Hüquq Mərkəzi” İctimai Birliyinin sədi A. M. Kərimov,  “Demokratik Seçki Mərkəzi” İctimai Birliyinin sədri Q.Ə.İbrahimli və “Cəmiyyətin İnкişаfı Mərkəzi” İctimаi Birliyinin sədri Ə.N.Abbasbəyli ilə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) üzunmüddətli müşahidəçiləri Naemi Arcidiacono və Oljas Akanov ilə görüşü keçirilib.
Görüşdə Q. İbrahimli “Sivil Toplum” Monitorinq Koalisiyası haqqında məlumat verib. Sonra A.Kərimov 07 fevral 2024-cü il tarixdə keçiriləcək növbədənkənar Prezident seçkilərindən, seçki qanunvericliyindən danışıb.
Ə.N.Abbasbəyli isə seçki mühiti, seçki prosesinin müşahidəsindən danışıb, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) müşahidə missiyası ilə əməkdaşlığa ümid etdiyini və əməkdaşlığın faydalı olacağına bildirib.
Tədbirdə fikir mübadiləsi aparılıb, bu prosesdə əməkdaşlıq perspektivləri müzakirə olunub, mövzu ilə bağlı suallar cavablandırılıb. Gələcəkdə əməkdaşlıq və məlumat mübadiləsinin olacağına inam ifadə olunub

Chosen
637
2
ayna.az

3Sources