EN

“BUM – VƏ QİYMƏTLƏR QALXDI” – Putin Rusiyada yumurtanın niyə bahalaşdığını “tapıb”

Məlum olduğu kimi, son zamanlar Rusiyada yumurta və toyuq ətinin qiyməti kəskin şəkildə bahalaşıb. Bu bahalaşma prezident seçkisinə elə də çox vaxt qalmadığı indiki dövrdə Kreml üçün heç də arzuolunan deyil.

Ulusal.az xəbər verir ki, Vladimir Putin yanvarın 11-də jurnalistlərlə söhbəti zamanı Rusiya Federasiyasında yumurtanın kəskin bahalaşmasının səbəbini açıqlayıb. Onun göstərdiyi səbəblər yumşaq desək, birmənalı qarşılanmayıb.

Belə ki, Kreml rəhbərinin sözlərinə görə, Rusiyada yumurtanın qiyməti, guya, insanların birdən-birə daha çox yumurta almağa başlaması və hakimiyyət orqanlarının “vaxtında vəziyyəti qiymətləndirməməsi”, idxalı açmaması səbəbindən artıb: “Görürsünüz, bizdə yumurta ilə nə baş verdi? Bizim istehsal həcmimiz azalmayıb, əhalinin real gəlirləri hesabına istehlak artıb – insanların gəlirləri bir az artıb. Ona görə də yumurta və toyuq əti almağa başladılar(?). Biz düşünmədik ki, vaxtında idxal açılsın. Bum – və qiymətlər qalxdı”.

Putinin dediyindən belə çıxır ki, guya əhalinin gəlirləri artan kimi, toyuq əti və yumurta almağa “cumub”.

Birincisi, sanksiyalar altında olan, xarici iqtisadi əlaqələri ciddi zərbə alan, bir çox xarici bazarları itirən, çoxlu sayda iş yerləri bağlanan Rusiyada əhalinin gəlirlərinin artdığnı iddia etmək gülünc görünür.
Ətraflı

Digər yandan, gəlirləri (guya) artan rusiyalılar nədən dərhal başqa nəsə yox, məhz yumurta və toyuq əti almağa can atıblar?

Qeyd edək ki, bu ilin əvvəlindən Rusiyada toyuq yumurtasının maya dəyəri 46,2% bahalaşıb. Mütəxəssislər bahalaşmanın gerçək səbəblər arasında təklifin, yəni bazara çıxarılan məhsulun kəskin azalmasını qeyd edirlər. Həmçinin, onların fikrincə, Rusiya Federasiyasında rublun çökməsi, tariflərin artması və kadr böhranı səbəbindən yumurtanın qiyməti kəskin artıb. Rusiyada yumurta istehsalı xaricdən yem premiksləri, antibiotiklər və s. idxalından ciddi çəkildə asılıdır. Lakin bunların idxalıyla bağlı problemlər var və təbii ki, bunun da əsas səbəbi sanksiyalardır. Artıq bir sıra bölgələrdə quşçuluq təsərrüfatlarında məhsul istehsalının tamamilə çökməsi qeydə alınıb. Lakin təbii ki, Putin bütün bunları etiraf edə bilməzdi.

Hazırda yaza planlaşdırılan prezident “seçkiləri” ərəfəsində “qiymət yanğını”nı söndürmək üçün Rusiya hakimiyyəti fövqəladə tədbirlər hazırlayır, Türkiyə və Azərbaycandan yumurta gətirilir. Nəticədə 2024-cü ilin yanvar-iyun ayları üçün 1,2 milyard yumurta idxal rüsumundan azad ediləcək. Lakin Rusiya Pərakəndə Bazar Ekspertləri Assosiasiyası rüsumların sıfırlanmasının problemi həll edəcəyinə şübhə ilə yanaşır.“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
236
25
moderator.az

10Sources