Bakıya və Azərbaycanın digər ərazilərinə daxil olan soyuq hava kütlələri nəticəsində paytaxtımıza qar yağır.
Milli.Az APA-ya istinadən xəbər verir ki, avtomobillərin təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə paytaxtın bir sıra prospektlərində sürət həddi aşağı salınıb. Bununla belə, yay şinləri ilə hərəkət avtomobillər yoxuşları qalxmaqda çətinlik çəkib.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumata görə, yanvarın 14-15-də Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində gecə və səhər saatlarında yolların buz bağlama ehtimalı var.
APA paytaxtın qış görüntülərindən fotoreportajı təqdim edir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun