EN

Pentaqon Ostinin işə nə vaxt qayıdacağını bilmir

ABŞ-nin müdafiə naziri Lloyd Ostinin tam rejimdə işə qayıdacağı tarix bilinmir.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq bildirib.

“Onun Pentaqona nə vaxt qayıdacağı ilə bağlı konkret tarixim yoxdur. Biz ona tezliklə sağalmasını arzulayırıq və əminəm ki, o, mümkün qədər tez qayıtmaq istəyir”, – Sinq bildirib.

Həmçinin, ABŞ müdafiə nazirliyinin sözçüsü Ostinin Konqresdə nə vaxt çıxış edə biləcəyini deyə bilməsə də, Pentaqonun bu məsələ ilə bağlı qanunvericilərlə əlaqə saxladığını əlavə edib.

Yanvarın 1-də Pentaqon rəhbəri adi tibbi prosedurdan sonra ağırlaşmalarla xəstəxanaya yerləşdirilib. Sonradan məlum olub ki, Ostinə prostat xərçəngi diaqnozu qoyulub və əməliyyat olunub.

Chosen
182
26
nocomment.az

10Sources