Beyləqan rayonunun İmamverdilər kəndində yerləşən dəmiryolu xəttinin yerləşdiyi körpüdə yol-nəqliyyat hadisəsi baş verib.
Gundem.az xəbər verir ki, “VАZ” markalı minik və “KamAZ” markalı yük avtomobilləri toqquşub.
Nəticədə rayonun Bahar qəsəbəsindən olan 2 nəfər hadisə yerində ölüb. Bunlar “VАZ” markalı minik avtomobilinin sürücüsü, 1992-ci il təvəllüdlü İlqar Məmmədov, “KamAZ” markalı yük maşının sürücüsü, 1973-cü il təvəllüdlü Barat İsmayılovdur.
Qəzada ağır yaralanan daha bir nəfər - 1985-ci il təvəllüdlü Şükürzadə Şəmşir Abış oğlu İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. (Report)