EN

KONSTİTUSİYA MƏHKƏMƏSİ «MEDİA HAQQINDA» QANUNUN 77-Cİ MADDƏSİNƏ ŞƏRH VERMƏLİDİR

Bunu Yasamal rayon Məhkəməsinin hakimi Kərim Xudayevin ötən gün qəbul etdiyi qərar tələb edir…Dünən Yasamal rayon Məhkəməsində hakim Kərim Xudayevin sədrliyi ilə iddiaçı, SOCAR stukturundakı şirkətlərin birində çalışan Baqiyev İlyas Knyaz oğlunun «Şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi tələbinə dair» mülki iddiasına (İş№2(004)-5715-2023) baxıldı. Hakim Kərim Xudayevin sədrliyi ilə davam edən məhkəmə prosesində qərar elan olundu. Sitat: «İddia qismən təmin edilsin, «Təzadlar» qəzeti Baqiyev İlyas Knyaz oğlunun şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələdiyinə görə 500 manat cərimə edilməklə, təkzib versin!». Xatırladırıq ki, söhbət «SOCAR-ın Geofizika və Geologiya İdarəsində müəmmalar» başlıqlı məqalədən gedir, hansı ki, məqalənin girişində xüsusi mətnlə və vurğu ilə yazılmışdır ki, buy azı Neftçilərin Hüquqlarının Müdafiəsi İB-nin sədri Mirvari Qəhrəmanlının rəhbəri olduğu NHMT-sosial platformasından götürülmüş, istinad edilmişdir.Onu da qeyd edək ki, bu yazı (faktlar) M.Qəhrəmanlının sosial platformasında yayılandan, müzakirə ediləndən, SOCAR əməkdaşlarının şərhindən və s. 12 gün sonra «Təzadlar» qəzetinin saytında yayımlanmışdır və s. Azərbaycan Prezidenti İlham Əliyevin 30 dekabr 2021-ci il tarixli Fərmanı ilə təsdiqlənmiş (№ 471-VIQ) «Media haqqında» Qanunun 9-cu fəsilinin (««Media haqqında» Qanunun pozulmasına görə məsuliyyət» bölməsinin) 77-ci maddəsində yazılır: «Maddə 77. Bu Qanunun pozulmasına görə məsuliyyət:77.2. Mediada yayılmış həqiqətə uyğun olmayan məlumata görə redaksiya, eləcə də jurnalist aşağıdakı hallarda məsuliyyət daşımır:77.2.1. həmin məlumat dövlət orqanlarının (qurumlarının) vəzifəli şəxsləri və ya onların mətbuat xidmətləri tərəfindən rəsmi yayılmışdırsa;77.2.2. həmin məlumat informasiya agentliklərindən və ya idarə, müəssisə, təşkilat, siyasi partiya və qeyri-hökumət təşkilatlarının mətbuat xidmətləri tərəfindən yayılmışdırsa;77.2.3. həmin məlumat Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının, dövlət orqanlarının (qurumlarının), bələdiyyələrin, idarə, müәssisә, təşkilat və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, habelə vəzifəli şəxslərin rəsmi çıxışlarında olduğu kimi təkrar edilmişdirsə;77.2.4. həmin məlumat canlı yayımla efirə gedən çıxışlarda səsləndirilmişdirsə». Beləliklə, adı çəkilən qanunun 77-ci maddəsinin tələblərinə görə, redaksiya, yəni tezadlar.az portalı heç bir halda məsuliyyət daşımır. Belə olan halda, əgər hakim Kərim Xudayev Prezident Sərəncamı ilə təsdiqlənmiş, Milli Məclisdə qəbul edilmiş qanunun qeyd edilən tələbini nəzərə almadan və Azərbaycan Dövlətinin adından yekun məhkəmə Aktı qəbul edirsə, deməli, ortada nəsə problem var. Ona görə də hesab edirik ki, Azərbaycan Konstitusiya Məhkəməsi qanunun 77-ci maddəsinə şərh verməlidir.A.Məmmədli  

Chosen
237
tezadlar.az

1Sources