EN

İnsana donuz böyrəyi köçürüldü - İLK DƏFƏ

Martın 21-də dünyada ilk dəfə geni dəyişdirilmiş donuz böyrəyi transplantasiyası əməliyyatı keçirən pasiyent xəstəxanadan evə buraxılıb.

Herbiand.az xəbər verir ki, bu barədə The New York Times qəzeti Massaçusets General Hospitalının həkimlərinə istinadən məlumat yayıb.

62 yaşlı Riçard Sleyman böyrək transplantasiyası əməliyyatından iki həftə sonra tibb müəssisəsindən buraxılıb. Evə buraxılan zaman onun vəziyyəti stabil idi. Qeyd olunur ki, köçürülmüş böyrək lazımi vəzifələri yerinə yetirir: sidik əmələ gətirir, qanı süzür, orqanizmdə maye balansını saxlayır və s.

Riçard etiraf edib ki, uzun illərdir xəstəxanadan yaxşı həyat göstəricilərlə çıxa biləcəyi anı gözləyirmiş.

“Orqan Paylaşımı üçün Birləşmiş Şəbəkə” Amerika qeyri-kommersiya təşkilatının baş həkimi Devid Klassen etiraf edib ki, xəstədə hazırda orqanlardan imtina əlaməti yoxdur. Lakin belə əməliyyatların uğuru ilə bağlı dəqiq nəticələr çıxarmaq hələ tezdir.

Riçard Sleymana bundan əvvəl  2018-ci ilin dekabrında ölmüş insanın böyrəyi transplantasiya edilmişdi. Lakin 5 ildən sonra böyrək sıradan çıxmağa başlayıb.

Qeyd edək ki, bu, donuz orqanının canlı insana köçürülməsi ilə bağlı üçüncü hadisədir. Geni dəyişdirilmiş donuz ürəyi transplantasiyası alan əvvəlki iki xəstə sonrakı ağırlaşmalar səbəbindən tibbi müdaxilədən bir neçə həftələr sonra ölüblər.

Birincisi xəstə 57 yaşlı Devid Bennett idi. Transplantasiyadan sonra o səkkiz həftə dörd gün yaşadı və 2022-ci il martın 8-də vəfat etdi.

Donuz ürəyi köçürülən 58 yaşlı Lorens Fosetta isə adi insan ürəyi transplantasiyası üçün yararsız hesab edilmişdi. Ona görə ona geni dəyişdirilmiş donuz ürəyi köçürüldü. Lakin əməliyyatdan sonra demək olar ki, altı həftə yaşadı və 30 oktyabr 2023-cü ildə vəfat etdi.

Bəxtiyar CƏFƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
241
28
herbiand.az

10Sources