Rəsmi Vyana NATO ilə əməkdaşlığı artırmaqla alyansa üzv olmaq niyyətində deyil.
APA xəbər verir ki, bu sözləri Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq mətbuatda yayılan xəbərlərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Avstriya digər neytral dövlətlərlə - İrlandiya, Malta və İsveçrə ilə məlumat mübadiləsi qurur.
Xatırladaq ki, "Die Presse" qəzeti Avstriya, İrlandiya, Malta və İsveçrədən ibarət dörd neytral Avropa dövlətindən ibarət bir qrupun 2023-cü ilin sonunda Şimali Atlantika Alyansına geniş əməkdaşlıq təklifi ilə məktub göndərdiyini bildirmişdi.
Nəşrin məlumatına görə, Finlandiya və İsveç NATO-ya daxil olduqdan sonra bu dövlətlər VEP4 (dörd Qərbi Avropa tərəfdaşı) kimi quruplaşmaq niyyətindədirlər.