EN

Ermənistanda etiraz aksiyasında müxalifət öz namizədini irəli sürüb

Bazar günü Ermənistan paytaxtı Yerevanda keçirilən mitinqdə müxalifət Nikol Paşinyana alternativ olacaq namizədini irəli sürüb.

Yerevan Universitetinin professoru, şərqşünaslıq fakültəsinin keçmiş dekanı Qurgen Melikyan mitinq iştirakçıları adından gələcək baş nazir vəzifəsinə Baqrat Qalstanyanın namizədliyini irəli sürüb, meydanda toplaşanlar bu xəbəri alqışlarla qarşılayıb.

Baqrat Qalstanyan namizədliyi səsləndirildikdən sonra deyib ki, onun bununla bağlı gözləmələri olmayıb.

Yepiskop Qalstanyan onu da deyib ki, öz üzərindən dini rütbəsini müvəqqəti götürmək xahişi ilə Bütün Ermənilərin Katolikosu II Qareqinə müraciət edib.

Etiraz akisyasını ölkə rəhbəri Nikol Paşinyanın hakimiyyətinə qarşı olan “Tavuş vətən naminə” müxalif hərəkatın mitinqi keçirilir.

Legitim hökümətin istefasını tələb edən etirazçılar son ayların ən böyük mitinqini təşkil edəcəklərini deyiblər.

Hərəkatın lideri Erməni Aposol Kilsəsi Tavuş vilayəti yeparxiyasının rəhbəri arxiyepiskop Baqrat Qalstanyan xalqa müraciətində hamını saat 16:00-da Yerevanın Respublika meydannda toplaşmağa çağırıb.

“Bu, böyük və, başlıcası, vacib mitinq olacaq, bir çox sualların cavabı veriləcək, konkret planlarımız açıqlanacaq”, - o, tərəfdaşları ilə görüş zamanı deyib.

“Tavuş vətən naminə” hərəkatının etiraz aksiyası mayın 4-də Azərbaycanla sərhəd Kirants kəndindən Yerevana yürüşdən başlayıb. Yürüş boyunca səslənən əsas şüar “Hay, Hayastan, Hayrenik yev Astvats!” – “Erməni, Ermənistan, Vətən və Tanrı” – olub.

Ermənistanın Tavuş vilayətində, Azərbaycanın Qazax bölgəsinin dörd kəndinin Azərbaycana qaytarılması barədə iki ölkə arasında razılıq əldə olunanadan sonra etirazlar başlayıb.

Ermənistanın Azərbaycana qaytaracağı 4 kənd: xəritə üzərində izah edirikErmənistanda Paşinyana qarşı etirazlar: 7 suala cavabda Ermənistanın Azərbaycana qaytardığı 4 kənd barədə nə bilirik?

Hərəkat iştirakçıları öz etirazlarını “birtərəfli delimitasiya və demarkasiya prosesinə qarşı” bütün Ermənistanda baş almış aksiyalarla əlaqələndirir.

Mayın 9-da yürüş iştirakçıları Yerevana çatıb və Respublika meydanında mitinq keçirilib.

Daha dəqiq kimi qəbul edilən hesablamaya görə, 32 minə yaxın mitinq iştirakçıları adından hərəkatın lideri Baqrat Qalstanyan Ermənistan baş naziri Nikol Paşinyanın istefası tələbini səsləndirib.

Mitinqdən sonra Yerevanda və Ermənistanın müxtəlif rayonlarında itaətsizlik aksiyaları başlanıb.

Etirazçılar “Nikol - satqın”, “Nikol – torpaq təhvil verən”, “Nikol kapitulyant”, “Nikol get!” çağırışları ilə yolları bağlayıb, nəqliyyat hərəkatını, idarə və müəssisələrin fəaliyyətini dayandırmağa çalışıblar.

Baqrat Qalstanyanın çağırışı ilə bir çox universitet və kollec tələbələri tətil elan edib və aksiyalara qatılıblar.

Bugünkü mitinq ərəfəsində etiraz hərəkatının lideri, keşiş Baqrat Qalstanyan Ermənistan baş naziri Nikol Paşinyanın “siyasi həyatının son günlərini” yaşadığını bəyan edib.

“Sən öz siyasi həyatının son günlərini yaşayırsan. Yadında saxla, Nikol Paşinyan! Sənin bu qanunsuzluqların, qeyri-qanuni və konstitusiyaya zidd həyatın, siyasi həyatın kimi, tezliklə sona yetəcək. Sən hər mənada tam məsuliyyət daşıyacaqsan”, - Baqrat Qalstanyan jurnalistlərlə görüşü zamanı baş nazir Paşinyanına xitabən deyib.

Erm'nistan parlamentinin sədri Alen Simonyan deyib ki, Ermənistanda hakimiyyət dəyişikliyi qanuni legitim seçkilər vasitəsilə baş verməlidir.

Chosen
296
50
bbc.com

10Sources