EN

Şimali Koreya bu ölkənin sərhəd şəhərlərinə zibil balonları göndərdi

Şimali Koreya Cənubi Koreyanın iki sərhəd şəhərinə təbliğat vərəqələri və zibil olan 90 şar göndərib.

Azerforum xəbər verir ki,  rəsmi Seul ictimaiyyəti diqqətli olmağa və qapalı məkanlarda qalmağa çağırıb.

Cənubi Koreya ordusu çərşənbə günü ictimaiyyətə xəbərdarlıq edib ki, ağ şarlara və onlara yapışdırılmış plastik torbalara toxunmayın, çünki onların tərkibində "çirkli tullantılar və zibil var".

Gyeonggi və Gangwon əyalətlərində tapılan şarlar səlahiyyətlilər tərəfindən təhlil edilir.

Şimali Koreya və Cənubi Koreya 1950-ci illərdə Koreya müharibəsindən bəri təbliğat kampaniyalarında şarlardan istifadə edir.

İctimaiyyətdən "naməlum obyekt" gördükləri təqdirdə ən yaxın hərbi bazaya və ya polis bölməsinə məlumat vermələri də istənilib.
Sosial şəbəkələrdə paylaşılan fotolarda ağ şəffaf şarlara iplə bağlanmış tualet kağızı, torpaq və batareyalar olan çantalar görünür.

Bu fotoların bəzilərində polis və əsgərlər də var.

Fatimə
Azerforum.com

Chosen
516
3
azerforum.com

10Sources