S&P Ukraynadakı müharibə ilə bağlı regional geosiyasi riskləri əsas gətirərək üç Baltikyanı ölkənin kredit reytinqini aşağı salıb.
Agentlik analitiklərinin fikrincə, bu risklər Baltikyanı ölkələrin maliyyə göstəricilərinə, iqtisadi artımına və beynəlxalq rəqabət qabiliyyətinə ortamüddətli perspektivdə təsir göstərməyə davam edəcək, “baxmayaraq ki, bu təsirin dərəcəsini hazırda dəqiq qiymətləndirmək çətindir”.
Litva və Latviyanın reytinqləri “A+”-dan “A”ya, Estoniyanın reytinqləri “AA-”dan “A+”-ya endirilib. Bütün reytinqlər üzrə proqnoz “stabil”dir.