EN

Baş Prokurorluqda təyinatlar olub

Baş Prokurorluqda üç qadın prokuror yeni vəzifələrə təyin olunub
Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən Ədilə Əfəndiyeva, Nigar Hüseynquliyeva və Gültac İsgəndərli Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokurorları təyin olunub.
Bu barədə AYNA-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, qeyd olunan şəxslərin prokurorluq orqanlarında səmərəli fəaliyyəti, peşəkarlığı, işgüzarlığı, bilik və bacarığı nəzərə alınmaqla onlar vəzifədə irəli çəkilib.
Məlumata görə, bu təyinata qədər Ədilə Əfəndiyeva Bakı şəhər prokurorluğunda şöbə prokuroru, Nigar Hüseynquliyeva Şirvan şəhər prokurorunun köməkçisi, Gültac İsgəndərli isə Balakən rayon prokurorluğunun böyük müstəntiqi vəzifəsində çalışıb.
"Prokurorluq orqanlarında islahatlar davam etdirilərək gender bərabərliyi nəzərə alınmaqla gənc, peşəkar və savadlı kadrların komplektləşdirilməsi bundan sonra da həyata keçiriləcək", - məlumatda qeyd olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
80
37
ayna.az

10Sources