"Mən çox qısqanc insanam. Hətta bəzi hallarda dostlarımı belə qısqana bilirəm".
Qlobal.net bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Zenfira İbrahimova "Günaydın Azərbaycan" verilişində deyib.
İfaçı həddindən artıq çox qısqanc olduğunu bildirib:
"Pradüserim kiminləsə şəkil çəkdirəndə belə qısqanıram, qəbul edə bilmirəm. Allah ölənlərinizə rəhmət eləsin, hətta anam övladımı öpəndə belə qısqanırdım, 3 gün danışdırmırdım. O dərəcə qısqanc adamam. Mən paylaşmağı sevən adam deyiləm. Anam mənim övladımı öpürdü, amma mən yenə də deyirdim ki, "mən qala-qala sən onları niyə öpürsən?"