EN

Bazarstore Bazarfest - gözəllik festivalı ilə ilkə imza atdı

Festival çərçivəsində 10-dan artıq brend öz məhsullarının tanıtımını həyata keçirtdi21 İyun tarixində Azərbaycanda pərakəndə sektorunda ilk dəfə olaraq Bazarfest gözəllik festivalı baş tutdu. Festival Xətai rayonunda yerləşən Bazarstore supermarketinin qarşısında, 140 m2-dən böyük ərazidə keçirildi. Əsas sloqanı “Sənin üçün. Sənin gözəlliyin” olan tədbirdə gözəllik və baxım məhsulları satan 10-dan artıq brend öz məhsullarının tanıtımını həyata keçirtdi. Hər bir brendin stendində müxtəlif aksiyalar, saç və üz baxımı edildi. Burada həmçinin əyləncəli oyunlar və hədiyyələr də var idi.Bazarfest-in üç mindən artıq qonağı olduSaat 16:00-dan başlayan tədbirdə üç mindən artıq qonaq iştirak etdi. Tədbir 22:30-a qədər davam etdi. Axşam saatlarında DJ, rəqs qrupları ilə yanaşı tanınmış estrada müğənniləri Samira Efendi, Ayaz Babayev və Zamiq Hüseynov də öz sevilən ifaları ilə qonaqlar üçün əsl bayram əhval-ruhiyyəsi yaratdı. Festivalda həmçinin gələn qonaqlara yüzə yaxın müxtəlif hədiyyələr təqdim edildi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
63
9
baku.news

10Sources